Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, yığmamız yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Komandamız səfərdə Rusiya ilə üz-üzə gələcək. Görüş Rusiyanın Soçi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. FİŞT Olimpiya stadionunda keçiriləcək Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığmasının Rusiya ilə ikinci yoldaşlıq oyunu dekabrın 2-də baş tutacaq.
Yoldaşlıq oyunu
28 noyabr
18:00. Rusiya - Azərbaycan
Baş hakim: Nodira Mirzoyeva (Tacikistan)
İdman.biz