Millimizin taleyi öz əlində: YALNIZ QƏLƏBƏ İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. Millətlər Liqasında qrup mərhələsinin son oyunları bu gün keçiriləcək.
İdman.biz xəbər verir ki, C liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan millisinin də taleyinə son tur aydınlıq gətirəcək.
Keçirdiyi 5 qarşılaşmada cəmi 1 xal toplayan Fernandu Santuşun öz qrupunda sonuncu olmağı hələ ötən tur rəsmiləşib.
Amma yığmamızın D liqasına birbaşa yuvarlanması, yoxsa C liqasında qalmaq üçün pley-off oynaması bu gün dəqiqləşəcək.
Belə ki, liqada qrup sonuncusu olan dörd komandanın taleyinə göstəricilərinə görə aydınlıq gələcək.
Ən yaxşı nəticəyə malik iki yığma D liqasının ikinciləri ilə üz-üzə gələcək. İki ən zəif isə birbaşa aşağı yuvarlanacaq.
Digər üç qrupda mübarizə bitdiyi üçün Azərbaycan millisinin qiyabi rəqibləri və digər autsayderlərin göstəriciləri dəqiqləşib.
Sonuncular arasında ən yaxşı olan Latviya pley-offa vəsiqəni təmin edib. Ən zəif olan Litva isə D liqasına indidən hazırlaşa bilər.
Tam oxu
Xəbəri oxu