Millimizin toplanışına görə liqaların təqvimində dəyişiklik edilə bilər

02.04.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Millimizin toplanışına görə liqaların təqvimində dəyişiklik edilə bilər

13-26 aprel 2026-cı il tarixlərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

QOL.az AFFA-ya istinadən xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью