Millimizin UEFA İnkişaf Turnirində iştirak edəcəyi heyət bəlli olub | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.
İdman.biz xəbər verir ki, millimiz (U-17) aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.
Yığmamız turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz: 14 aprel 15:30.
Moldova – Azərbaycan “Zimbru” stadionu 16 aprel 12:00. Azərbaycan – Gürcüstan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi 19 aprel 12:00.
Estoniya – Azərbaycan Moldova Futbol Federasiyasının Texniki Mərkəzi S.
Ad / Soyad Klub 1 Rauf Əyyubov Sabah 2 Nurəziz Əzizov Neftçi 3 Kamil Həsənov Marcet (İspaniya) 4 Rəşad Gülüşov Vətən 5 Uğur Qurbanlı Qarabağ 6 Toğrul Mehdizadə Vətən 7 Səttar Tahirzadə Marcet (İspaniya) 8 Muhamməd Çodarov Marcet (İspaniya) 9 İsmayıl Səfərli Neftçi 10 Amin Rzayev Qarabağ 11 Sahib Xəlilli Neftçi 12 Allahverdi Şirinov Qəbələ 13 Nihad Cəfərzadə Sabah 14 Ramin Abiyev Neftçi 15 Sübhan Rzayev Qəbələ 16 Nihad Hüseynzadə Sabah 17 Adnan Bunyatov Marcet (İspaniya) 18 Əli Bəşirov Qarabağ 19 Onur Əliyev Qarabağ 20 Samir Şərifov Vətən 21 Pünhan Kərimov Marcet (İspaniya) 22 Nicat Kərimov Vətən İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu