Millimizin uğuruna görə konsert GİRİŞ PULSUZDUR

08.06.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Minifutbol millimizin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.

İdman.biz xəbər verir ki, “Champions Fest” (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayacaq.

Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdu. Tədbirdə millimizin futbolçuları da iştirak edəcəklər.

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью