Millimizin uğuruna görə konsert proqramı təşkil ediləcək

08.06.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Minifutbol millimizin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.

"Football-plus.az" xəbər verir ki, “Champions Fest” (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayacaq.
Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdu.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью