Millimizin Ukrayna və İslandiya ilə matçının yeri məlum oldu

14.05.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18:12

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, qrupda Fransa və İslandiya seçmələri də yer alıb.

***

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının məkanı müəyyənləşib.

Bu barədə UEFA-nın saytı məlumat yayıb.

Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq. Matç sentyabrın 5-i Reykyavik şəhərindəki “Laugardalsvöllur” arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью