Millimizin üzvləri matçı buraxdı, komandaları 3 xal qazandı

09.11.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Futbol üzrə Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Esenler Erokspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Renat Dadaşov zədəli olduğu üçün onun adı matçın protokoluna daxil edilməyib. U-19 millimizin üzvü Həsən İsə sona qədər ehtiyatda qalıb.

12 turdan sonra 19 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Türkiyə millisinin heyəti açıqlanıb - Siyahı UEFA İstanbul klubundan üzr istəyib Mourinyo “Fənərbaxça”nı tərk edir?! “Nottingem Forest”in baş məşqçisi mükafatlandırılıb Premyer Liqada ayın futbolçusu bəlli olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью