Millimizin üzvləri matçı buraxdı, komandaları məğlub oldu

03.02.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Türkiyə 1-ci Liqasında XXII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ümraniyespor"un qonağı olub.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, 22 turdan sonra 30 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bahadur Həziyev: "Premyer Liqada oynamaq hər kəsin arzusudur" - MÜSAHİBƏ Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan" "Sabah"ın Sekidika arzusu - ÖZƏL Benzia "Qarabağ"dan gedir? - Əlcəzairli qərarını verdi Vaqif Cavadov: “Araz-Naxçıvan" elə-belə yerə ikinci pillədə getmir”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью