Millimizin üzvü 90 dəqiqə oynadı

09.11.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Millimizin üzvü 90 dəqiqə oynadı

Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “İnçeon”la qarşılaşıb.

Görüş "Daejeon”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Krivotsyuk matça start heyətində başlayıb və sona qədər meydanda olub.

“Daejeon” 53 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью