Millimizin üzvü 90 dəqiqə oynadı

25.08.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə “Anyanq"la qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.

Qeyd edək ki, "Daejeon" 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью