Millimizin üzvü 90 dəqiqə oynadı, komandası heç heçə etdi

11.03.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Albaniya Super Liqasında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Laçi"nin qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Xallarını 53-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью