Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Azərbaycan yığmasının üzvü Nigar Mirzəliyeva Almaniyanın "Hamburq" klubuna transfer olub.
Ölkə.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ev oyunundan əvvəl ikiqat transfer: Azərbaycan millisinin oyunçusu "Zenit"dən keçir", - deyə paylaşımda bildirilib.
N. Mirzəliyeva "Hamburq"la 2.5 illik müqavilə imzalayıb.
Onunla bağlı keçmiş komandası da laqeyd qalmayıb.
"Nigar 2023-cü ilin yanvar ayında "Zenit"ə qoşulub və 45 oyun keçirib. Komanda ilə o, iki Rusiya çempionluğunu (2023 və 2024) qazanıb, Super Liqada bürünc medal qazanıb (2025) və iki Super Kubok qazanıb (2023 və 2025). Qələbələrimizə verdiyi töhfəyə görə Nigara təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır!", - deyə Rusiya klubundan bildirilib.
Bundesliqada mübarizə aparan "Hamburq" 14 komanda arasında 7 xalla 13-cü yerdədir.



Yerli çempionata gəlincə, "Araz-Naxçıvan"ın rəhbərliyində dəyişiklik olacağı söylənilir. Sportinfo yazır ki, Ramin Axundovun prezident postundan ayrılması gündəmə gəlib. Hazırda ölkə xaricində olan iş adamının futbol sektoruyla bütün əlaqələrini kəsdiyi deyilir.
O, 2023-cü ilin yayından bəri Muxtar Respublika təmsilçisinə başçılıq edir.