Millimizin üzvü Azərbaycanda klub AXTARIR

15.05.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov legioner həyatına son qoyacaq.

Sfera.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Radomyak”dan ayrılan 29 yaşlı futbolçu hazırda Azərbaycandadır.
 

Məmmədov hələ də müqavilə ilə Radom klubuna məxsus olmasına baxmayaraq, ölkəmizdə özünə klub axtarır. Onun Premyer Liqanın bir neçə klubu ilə danışıq apardığı vurğulanıb.


Qeyd edək ki, “Radomyak”ın tezliklə Rahillə 2026-cı ilin yayına qədər olan müqaviləsinə xitam verdiyini bəyan etməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью