Millimizin üzvü Belçika çempionatında oynaya bilər

24.08.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yığmasının və "Eqnatiya" (Albaniya) klubunun üzvü Zamiq Əliyev Belçika çempionatında çıxış edə bilər.

Milli.Az xəbər verir ki, onunla "Dender" klubu maraqlanır. Onlar qış "transfer pəncərəsində" rəsmən 24 yaşlı müdafiəçi üçün Albaniya klubuna təklif verəcəklər.

Qeyd edək ki, ötən mövsümün ortalarında Belçikanın "Eypen" klubu da Zamiqi heyətinə cəlb etmək istəsə də, viza məsələsinə görə transfer baş tutmayıb. (azerisport.com)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью