Millimizin üzvü Dünya Kubokunun 1/4 finalında

23.04.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya kubokunda növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə bu mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.  

Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq Millimizin 4 üzvü beynəlxalq turnirə qələbə ilə başlayıb "Böyük İpək Yolu" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bakıda boks üzrə beynəlxalq turnir start götürəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью