Millimizin üzvü əsas heyətdən KƏNARLAŞDIRDI

05.02.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin "Ankaragücü" klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov komandanın əsas heyətindən çıxarılıb. 
Bizim.Media xəbər verir ki, klub onun haqda belə qərar versə də, səbəbləri açıqlanmır.
 

Türkiyə mətbuatının məlumatına görə, Azərbaycan millisinin hücumçusu “Ankaragücü”nün “Tandoğan” adlanan bazasında məşqçilərdən birinin rəhbərliyi altında komandadan ayrı məşq edir.


Xatırladaq ki, Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью