Millimizin üzvü klubsuz qaldı Azərbaycan variantı masadadır

01.06.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerasını yenidən Premyer Liqamızda davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi hazırda Azərbaycan klublarına təklif olunur.
Məlumata əsasən, futbolçunun ölkəmizdə çıxış etməsi üçün agentləri tərəfindən aktiv iş aparılır. Bununla yanaşı, Ozan Can Kökçü ilə Türkiyə 1-ci Liqa təmsilçilərinin də maraqlandığı bildirilir.
Xatırladaq ki, son olaraq Niderlandda "Volendam"ın formasını geyinən Ozan Can Kökçü yaxın zamanda klubla yollarını ayırdığını açıqlayıb və yeni çağırışa hazır olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu daha əvvəl "Sabah"ın da şərəfini qoruyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью