Millimizin üzvü oynadı, komandası 4 qolla qalib gəldi

23.11.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Futbol üzrə Bolqarıstan çempionatında 16-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Lokomotiv”i (Plovdiv) qəbul edib. Matç ev sahiblərinin 4:2 hesablı başa çatıb.

Cəlal Hüseynov da bu oyunun iştirakçısı olub. 21 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə meydana daxil olub.

“Arda” hazırda 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью