Millimizin üzvü oynadı, komandası kubokda qalib gəldi

15.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu ölkə kubokunda növbəti matçına çıxıb. 

QOL.az xəbər verir ki, Helsinki təmsilçisi A qrupunda IV tur çərçivəsində “Mariehamn”ı qəbul edib. 

Görüş HİK-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Meydana start heyətində çıxan Ozan Can 74-cü dəqiqədə - hesab 1:1 olarkən Ville Vuorinenlə əvəzlənib.

Helsinki təmsilçisi bu nəticədən sonra 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qrup mərhələsinin son turunda HİK səfərdə KTP-nin qonağı olacaq. Qələbə qazanacağı təqdirdə, Ozan Canın komandası yarımfinala yüksələcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью