Millimizin üzvü oynadı, komandası qalib gəldi

30.11.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə 1-ci Liqasında 14-cü tur davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Bandırmaspor" bu turda öz meydanında "Yeni Malatyaspor"u qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Coşqun da bu oyunda iştirak edib. 29 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə Adama Diakabi ilə əvəzlənib.

Hazırda "Bandırmaspor" turnir cədvəlində 28 xalla 2-cidir. Komanda lider "Kocaelispor"dan 1 xal geri qalır. 

"Bandırmaspor"  - "Yeni Malatyaspor" - 2:0

Qollar: Payxao, 45+6 - pen., Diakabi, 61

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью