Millimizin üzvü oynamadı, komandası bərabərə qaldı

10.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Albaniya çempionatında 13-cü turun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” öz meydanında “Vlajniya” ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Əliyev bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Hazırda "Eqnatiya" 20 xalla 3-cü yerdədir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью