Millimizin üzvü Polşa çempionatının ən yaxşıları arasında FOTO

11.11.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasında yer alıb.

Sportal.az xəbər verir ki, "Radomyak"ın müdafiəçisi 15-ci turun ən yaxşıları arasına seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Rahilin komandası hesabat turunda "Poqon"u 1:0 hesabı ilə məğlub edib. 28 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Radomyak" 15 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью