Millimizin üzvü Polşada daha bir oyuna çıxdı

04.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Polşa çempionatında 14-cü turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” öz meydanında “Piast”la qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Rahil Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Radomiak" bu nəticədən sonra 13 xalla 13-cü pillədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью