Millimizin üzvü Polşada növbəti oyuna çıxdı | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumat yayır. Polşa çempionatında 15-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” səfərdə “Poqon”la qarşılaşıb.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rahil Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Radomiak" bu qələbədən sonra sonra 16 xalla 13-cü pillədədir. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu