Millimizin üzvü qol vurdu, komandası qələbə qazandı

30.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə İsraildə növbəti qolunu vurub.

Sportal.az xəbər verir ki, "Kiryat Şimona"da çıxış edən 25 yaşlı vinger İsrail çempionatının 2-ci turunda "İroni Tiberiyas"la görüşdə (2:0) 72-ci dəqiqədə rəqib qapısına yol tapıb. Onun cərimə zərbəsindən vurduğu qol baxımlı alınıb.

Qeyd edək ki, bu Rüfətin İsrail komandasında vurduğu 2-ci qoldur.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью