Millimizin üzvü Rusiya çempionu oldu

17.11.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyevanın çıxış etdiyi "Zenit" Rusiya çempionu olub.

QOL.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi sonuncu - 24-cü turda ən yaxın izləyicisi SSKA-nı 1:0 hesabı ilə məğlub edib.

Bununla da, komanda məğlubiyyətsiz çempionluğu qeyd edib.

Qeyd edək ki, Nigar Mirzəliyeva bu mövsüm 7 oyunda iştirak edib və 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью