Millimizin üzvü şikayət etdi, FİFA bu klubu cəzalandırdı

13.01.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Super Liqasında çıxış edən "Hatayspor" FİFA tərəfindən cəzalandırılıb.

News24.az Offsideplus.az-a isinadla xəbər verir ki, buna səbəb Azərbaycan millisinin üzvü olub. Renat Dadaşov klubu ödənişlərini almamasını əsas gətirərək FİFA-ya şikayət etmişdi. Super Liqa təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət etsə də, qərar qüvvədə qaldı. Beləliklə, "Hatayspor" 2 mövsüm transfer edə bilməyəcək.

Qeyd edək ki, Renat Dadaşov bu komandanın heyətində 33 matçda 6 qol vurmağı bacarıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью