Millimizin üzvü üçün 90 dəqiqə

24.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Futbol üzrə Türkiyə I Liqasında XII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" səfərdə "Ümraniyespor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mert də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 26 yaşlı mərkəz müdafiəçisi sona qədər meydanda qalıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

12 turdan sonra 13 xal toplayan "Sivasspor" turnir cədvəlinin XIV pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью