Millimizin Yaponiyada təlim məşq toplanışı başa çatıb

24.03.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Cüdo üzrə Azərbaycan yığması Yaponiyadakı təlim-məşq toplanışını başa vurub.

İdman.biz xəbəer verir ki, komandamız Tokay Universitetində üç həftə məşq edib.

Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) da daxil olmaqla cüdoçularımız hər gün iki dəfə yerli idmançılarla hazırlıq keçib, sınaq döyüşlərində güclərini yoxlayıblar.

Qeyd edək ki, toplanış komandamızın ilin əsas yarışlarına səmərəli hazırlığının ən vacib aspektlərindən biri kimi dəyərləndirilir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью