Millimizin yekun heyəti bəlli oldu

05.06.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisini Avropa Gümüş Liqası üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, siyahıda 12 voleybolçu yer alıb.

Baş məşqçi Fərid Cəlalov və köməkçiləri Akif Vəliyevlə Cəlil Cəlilov təlim-məşq toplanışına çağırılan 17 oyunçudan beşini heyətə daxil etməyiblər.

Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov;

Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov;

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou;

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.

Qeyd edək ki, yığmamız ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.

Millimiz yenə məğlub oldu Avropa Qızıl Liqası: Yığmamız Sloveniya ilə üz-üzə Bakıda voleybol festivalı keçiriləcək Yığma komandamız Macarıstana uduzdu Millimiz Avropa Gümüş Liqasına hazırlıqlarını davam etdirir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью