Millimizin yoldaşlıq matçına bu qədər bilet satıldı | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Azərbaycan – Belarus yığmalarının yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
E.Məmmədli qeyd edib ki, 8900 azarkeş tutumuna malik “Bank Respublika Arena”da baş tutacaq görüşə indiyə qədər 2000 bilet satılıb.
Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu