“Millini belə tərk etmək hörmətsizlikdir” Ronaldonu tənqid etdi

03.10.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Millini belə tərk etmək hörmətsizlikdir” - Ronaldonu tənqid etdi

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsinə münasibət bildirib.

QOL.az TUDN-ə istinadən xəbər verir ki, o, açıqlamasında 41 yaşlı futbolçunun davranışını tənqid edib:

“Yaratdığın mirası eqonla korlamaq lazım deyil. Komanda yoldaşlarından heç biri ilə danışmadan Portuqaliya millisinin düşərgəsini tərk etmək? Bu, hörmətsizlikdir. Artıq gənc olmadığını başa düşməlisən.

Zlatana bax. Mən də vaxtilə gənc idim. Ən yüksək səviyyədə oynadım, sonra isə karyeramı başa vurdum. Hətta şirlər də ovun nə vaxt bitdiyini bilir”.

Qeyd edək ki, Ronaldo Norveçlə matçda meydana buraxılmamasından sonra baş məşqçi Jorje Jezusla arasında fikir ayrılığı səbəbindıən yığmanın düşərgəsini tərk edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью