Millini kimlər təmsil edəcək?

05.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan cüdo millisi Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq Qran-Pri turnirinə tam heyətlə qatılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi qeydiyyat siyahısına əsasən, noyabrın 13-15-də keçiriləcək yarışda ölkəmizi 14 idmançı (10 kişi, 4 qadın) təmsil edəcək. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə cüdoçularımız 10 çəki dərəcəsində mübarizə aparacaqlar.

Komandamızın rəhbərliyi təcrübəli mütəxəssislərə həvalə olunub: kişilerden ibarət yığmaya Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət heyətə isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью