Millini tərk edib Barselona ya qayıtdı

21.03.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

İspaniya millisinin futbolçusu Pau Kubarsi yığmanın düşərgəsini tərk edib. 

QOL.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir: 

"İspaniya Kral Futbol Federasiyasının tibbi müayinəsindən sonra qərar verildi ki, futbolçu Niderlandla matçı bitirməyə mane olan sağ ayağ biləyinin zədəsini bərpa etmək üçün öz klubu "Barselona"ya qayıtsın". 

Qeyd edək ki, Pau Kubarsi dünən keçirilən Niderland - İspaniya matçında (2:2) zədələnib və 41-ci dəqiqədə əvəzlənib. Daha öncə mətbuatda yayılan xəbərlərə görə, "Barselona" həmən müdafiəçisinin kluba qayıtmasını istəyib, lakin RFEF martın 23-ü keçiriləcək cavab matçına qədər oyunçunu millinin düşərgəsində saxlamaq niyyətinə olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью