Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Afrika Futbol Assosiasiyası (SAFA) Pitso Mosimaneni milli komandanın baş məşqçisi vəzifəsinə gətirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, bu barədə SAFA prezidenti Denni Jordan məlumat verib. Onun sözlərinə görə, 62 yaşlı mütəxəssislə bağlı bəzi məsələlərin həll olunması qalır və baş məşqçinin adı gələn həftə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Mosimane daha əvvəl 2010-cu il dünya çempionatından sonra Cənubi Afrika millisinin baş məşqçisi olub. O, 2012-ci ildə uğursuz nəticələrdən sonra vəzifəsindən ayrılıb.
Xatırladaq ki, mütəxəssis sonradan "Mamelodi Sandaunz" və "Əl-Əhli" ilə Afrika Çempionlar Liqasını ümumilikdə 3 dəfə qazanıb. O, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və İranda klubları çalışdırıb.