Millinin 3 üzvü azarkeşlərlə görüşdü

24.03.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

Azərbaycan milli komandasının futbolçuları Toral Bayramov, Xəyal Əliyev və Rüstəm Əhmədzadə azarkeşlərlə görüşüb. Sport24.az xəbər verir ki, bu gün Sumqayıt Gənclər Evində keçirilən imza günündə futbolçular azarkeşlərlə bir araya gəlib, xatirə şəkilləri çəkdirib və imzalar paylayıblar.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью