Millinin Avropa çempionatında keçirəcəyi oyunlarının təqvimi bəlli olub

18.10.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi bəlli olub.

AZXEBER.COM  AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda ilk görüşünü oktyabrın 24-də Uels yığmasına qarşı keçirəcək.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv oktyabrın 27-də Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda qrupda sonuncu görüşünü oktyabrın 30-da Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, qrupun bütün oyunları Moldovada keçiriləcək. Qarşılaşmaları Litvadan olan hakimlər idarə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью