Millinin baş məşqçi postuna 3 namizəd İdman və Biz

11.01.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belçika millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.

İdman.biz xəbər verir ki, son uğursuzluqlardan sonra Domeniko Tedeskonu istefaya göndərməyi planlaşdıran Belçika Kral Futbol Assosiasiyası namizədləri müəyyənləşdirib.

Bu posta əsas iddiaçı Tyerri Anri sayılır. 47 yaşlı fransalı mütəxəssis 2016-18 və 2021-22-ci illərdə yığmada köməkçi məşqçi kimi çalışıb. Erik Ten Haq və Mark van Bommel də namizədlər siyahısındadır. Baş məşqçi dəyişikliyinin ayın sonunadək gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Belçika millisi son 8 matçda yalnız bir qələbə qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью