Millinin baş məşqçisi: Azərbaycan Basketbol Liqasında Sabah Neftçi finalı görə bilərik

21.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Basketbol Liqasında "Sabah" - "Neftçi" finalı görə bilərik".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis yarışın əsas favoritini də açıqlayıb: "Sabah" çempionatda favoritdir. Bunu hamı bilir. Çox yaxşı baş məşqçiləri, oyunçuları var. Məncə, komanda qızıl medal uğrunda görüşlərdə "Neftçi" ilə üz-üzə gələ bilər. "Naxçıvan" və "Abşeron" kollektivəri də buna layiqdirlər. Parketdə özünü daha yaxşı göstərən komandalar qalib gələcəklər".

Qeyd edək ki, ötən mövsüm "Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью