Millinin baş məşqçisi: “Bura eləbelə gəlməmişik”

11.11.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev açıqlama verib.

Futbolpress.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə danışan mütəxəssis Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib:

“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə – elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

Əsas xəbərlər, Ölkə futbolu AFFA-nın vitse-prezidenti “Roma”nın oyununda olacaq

10 Noyabr 2024, 14:57

Əsas xəbərlər, Ölkə futbolu “Araz-Naxçıvan”a 700 manat cərimə

7 Noyabr 2024, 16:45

Əsas xəbərlər, Ölkə futbolu Fernandu Santuş jurnalistlərlə görüşəcək

6 Noyabr 2024, 11:08

Əsas xəbərlər, Ölkə futbolu AFFA iki kluba texniki məğlubiyyət verdi

5 Noyabr 2024, 17:39

Əsas xəbərlər, Ölkə futbolu “Şəfa”nın futbolçuları 4 oyunluq cəzalandı

5 Noyabr 2024, 15:33

Əsas xəbərlər, Ölkə futbolu Millinin məşqçiləri Belfasta nə üçün gedib?

4 Noyabr 2024, 23:13

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью