Millinin baş məşqçisi: Çempionatda favorit boksçular medallara sahib çıxdılar

29.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Ölkə çempionatında 16 boksçu 4 çəki dərəcəsində vuruşdu. Gözlənilməz nəticələrlə qarşılaşmadıq. Öncədən təxmin etdiyimiz uşaqlar medallara sahib çıxdılar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında boks üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlkin Ağayev deyib.

Mütəxəssisin sözlərinə görə, yer tutan boksçulara Bakıda keçiriləcək “Böyük İpək Yolu” turnirində şans veriləcək və həmin yarışda idmançıların çıxışları dəyərləndiriləcək: “Yaxşı təsir bağışlayan boksçular ölkə xaricində təşkil olunacaq beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaqlar. Yeniyetmə boksçulara ümidlər böyükdür. Onlardan gələcəkdə də yaxşı nəticələr gözləyirik. Gənc boksçular isə Tailandda baş tutacaq lisenziya turnirinə hazırlaşırlar. Onlar Seneqalın Dakar şəhərində keçiriləcək IV Yay Gənclər Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar”.

İlkin Ağayev bildirib ki, əsas idmançılardan Zeynəb Rəhimova və Aynur Mikayılova zədə səbəbindən çempionatda iştirak etməyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью