Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

16.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

İspaniya Futbol Federasiyasının prezidenti Rafael Lusan milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqaviləni yeniləyib.

QOL.az xəbər verir ki, mütəxəssislə müqavilə 2030-cu ilə qədər uzadılıb. Lusan 65 yaşlı mütəxəssisin fəaliyyətindən razı qaldıqlarını bildirib:

“Bizim tariximizin ən yaxşı milli komanda məşqçisi var. Nəticələr hər şeyi deyir. Onun daha bir neçə il bizimlə qalması üçün şərtlərin razılaşdırılmasını başa çatdırırıq”.

Xatırladaq ki, De la Fuente 2022-ci ildən İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2023-cü ildə UEFA Millətlər Liqasını, 2024-cü ildə Avropa çempionatını və 2026-cı ildə dünya çempionatını qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью