Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmaya dəvət olunmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, mütəxəssis Lvovda keçirilən mətbuat tədbirində 26 yaşlı yarımmüdafiəçinin milliyə çağırılmasının səbəblərini açıqlayıb.
O, Kaşukun çıxışını yaxından izlədiklərini bildirib:
“Bütün məşqçilər korpusumuzla birlikdə çoxlu futbolçunu, o cümlədən xaricdə çıxış edənləri izləyirik. Kaşuk öz çempionatında çox yaxşı çıxış edir. Tsyqankov və Zubkovun yoxluğu səbəbindən həmin mövqedə müəyyən çətinliklərimiz yaranıb. Buna görə də ona şans vermək istədik.
Kaşukla danışmışam, son dərəcə motivasiyalıdır. Ümid edirik ki, o, hamımızı təəccübləndirəcək”.
Qeyd edək ki, “Qarabağ”ın 26 yaşlı vingeri ölkəsinin əsas milli komandasına dəvət alıb. O, UEFA Millətlər Liqasında Şimali İrlandiya (14 noyabr) və Gürcüstanla (17 noyabr) matçlar üçün yığmağa çağırılıb.