Millinin baş məşqçisi: “Qələbə gələcək üçün inam verdi”

24.01.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Danimarka yığması ilə növbəti yoxlama oyunu keçirən Azərbaycan millisi qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk yoldaşlıq oyununda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.

Cari ildə dogma meydanda ilk qələbəsini qazanan komandamızın baş məşqçisi Yevgeni Kukseviç görüşlə bağlı Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

“Bu iki oyun bizə böyük təcrübə qazandırdı. Oyun intizamını düzəltməyə çalışdıq. Çünki intizam bizim üçün vacib məqamdır. Bugünkü oyunda bunu 90 faiz bacardıq. Oyunçuların əksəriyyəti gəncdir, çılğındır, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq. İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Onların gələcəkdə daha yaxşı olacaqlarına əminəm. Təcrübəli futzalçılarla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə gələcək üçün inam verdi, özünəinamı artırdı.

İlk oyundan sonra rəqibə uyğun olaraq taktiki planda müəyyən dəyişiklik etdik. Futzalçılarla fərdi söhbətlər də apardıq. Ən əsası, intizam məsələsinə diqqət yetirdik. Təbii ki, bunlar tədricən düzələcək”, - Kukşeviç bildirib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью