Millinin baş məşqçisi Sabahın Ulduzları nı izlədi

31.08.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elgiz Kərəmli "Sabahın Ulduzları" yarışını izləyib.

Fanat.Az xəbər verir ki, futbol üzrə Azərbaycan U-19 milli komandanın baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.

O, BFF prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, "Alpex" şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə "Sabahın Ulduzları" turnirinə baxıb. Daha sonra onlar  yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью