Millinin baş məşqçisi Seymur Məmmədovu komandadan kənarlaşdırdı

04.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Oxu.Az xəbər verir ki, baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədov komandadan kənarlaşdırılıb.

Onun əvəzinə toplanışa "Baku Fire"nin üzvü Fərid Abbasov dəvət olunub.

Qeyd edək ki, matç martın 11-də Afinada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью