Icma.az, Fanat portalına istinadən məlumat verir. Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rus
Fanat.Az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib: “Çox yaxşı oyun alındı.
Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq.
Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi.
Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür.
Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu.
Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik.
İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.