Millinin baş məşqçisi Vyetnamda təlim keçib

08.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

02–07 iyun tarixlərində Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı çərçivəsində “Level 2 Coaching Course və Beach Wrestling Coaching Course” təşkil olunub.

Apasport.az xəbər verir ki, təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) müşahidəçisi, UWW-nin məşqçilik təhsili üzrə mütəxəssisi və ali qurumun Çimərlik Güləşi Komitəsinin üzvü olan milli komandanın baş məşqçisi Oyan Nəzəriani keçib.

Altı gün davam edən kurs zamanı iştirakçılara güləş üzrə müasir məşqçilik metodları, nəzəri və praktiki təlimlər keçirilib. Proqram çərçivəsində UWW-nin tədris materialları və metodik vəsaitləri ətraflı şəkildə öyrənilib, məşq prosesinin təşkili və idmançıların hazırlığı ilə bağlı qabaqcıl yanaşmalar iştirakçılarla bölüşülüb. Kursun yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir məşqçilərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin paylaşılması və güləş idman növünün inkişafına töhfə vermək məqsədi daşıyıb.

Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar Üç güləşçimiz Avropa çempionatının finalında Güləşçimiz Avropa çempionu oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью