Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri etik ifadə

06.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə

Meksika millisinin baş məşqçisi Xavyer Agirre DÇ-2026-nın 1/8 finalında İngiltərə ilə oyunda rəqib komandanın vingeri Entoni Qordona qarşı qeyri-etik ifadə işlədib.

QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, meksikalı mütəxəssis futbolçuya müraciətlə "Qordon, rədd ol!" deyə qışqırıb.

Hadisə görüşün 26-cı dəqiqəsində, komandalar üçün ayrılmış su fasiləsi başa çatdıqdan sonra qeydə alınıb. Agirre ehtiyat oyunçular skamyasına yaxın cinahda yerləşən Qordonu çağırıb və bu ifadəni işlətdikdən sonra gülüb. Qordon da öz növbəsində məşqçinin bu hərəkətinə təbəssümlə reaksiya verib.

Xatırladaq ki, sözügedən qarşılaşma İngiltərə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью